525.Az

“Uşaqlara tibbi qulluğun təşkili” mövzusunda seminar


 

“Uşaqlara tibbi qulluğun təşkili” mövzusunda seminar <b style="color:red"></b>

Dekabrın 22-də Qadın və Uşaq Akademiyası İctimai Birliyi Bakı QHT Resurs və Təlim Mərkəzində "Normal və xüsusi diqqət tələb edən uşaqlara tibbi qulluğun təşkili" mövzusunda seminar keçirib.

Seminarı Bakı Dəmiryolu Xəstəxanasının həkimi, pediatr-neonatoloq Aytəkin İbrahimova aparıb.

Seminarda Aytəkin İbrahimova xüsusi diqqət tələb edən uşaqlara tibbi qulluğun təşkili ilə yanaşı, onların valideynlərinə cəmiyyətin yanaşmasından, bu yanaşmanın necə aradan qaldırılmasından, xəstəlikləri yaradan faktorlardan, xəstəliklərlə bağlı yaranan, heç bir tibbi əsası olmayan miflərdən və onların necə dağıdılmasından danışıb.

Daha sonra həkim seminar iştirakçılarının uşaqlara tibbi qulluq, eləcə də digər tibbi mövzularda olan suallarını cavablayaraq onları narahat edən məqamlara aydınlıq gətirib.

Qadın və Uşaq Akademiyası (QUA) İB-nin yaradılmasında məqsəd həm də vətəndaşların tibbi maarifləndirilməsi işinə yardımçı olmaqdır. Birlik bu istiqamətdə Bakı Dəmiryolu Xəstəxanası ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində tibb mərkəzinin peşəkar həkimlərinin paytaxtda və bölgələrdə, xüsusilə də ucqar kəndlərdə təlim və seminarları təşkil olunacaq, əhalinin maarifləndirilməsi, eləcə də vətəndaşlara tibbi dəstək göstərilməsini təmin edən layihələr həyata keçiriləcək. Xəstəxananın həkimləri, həmçinin, Birliyin fəaliyyətə başlayacaq saytında (quaib.org) maarifləndirici müəllif yazıları ilə çıxış edəcək, insanları maraqlandırılan sualları cavablayacaq, onların mövcud problemləriylə bağlı tövsiyə və məsləhətlərini verəcəklər.

 





24.12.2018    çap et  çap et