525.Az

"İlham Əliyevin rəhbərliyi ilə keçirilən islahatlar xarici ticarətin sadələşdirilməsinə xidmət edir"


 

"İlham Əliyevin rəhbərliyi ilə keçirilən islahatlar xarici ticarətin sadələşdirilməsinə xidmət edir"<b style="color:red"></b>

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində keçirilən islahatlar xarici ticarət prosesinin sadələşdirilməsinə xidmət edir.

Trend-in məlumatına görə, bunu “Xarici ticarət iştirakçıları forumu: “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi” adlı tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, "Yaşıl Dəhliz"lər barədə qərar qəbul etməklə Prezident İlham Əliyev sahibkarlara böyük hədiyyə edib:

“Bu, beynəlxalq təcrübəyə, Beynəlxalq Gömrük Komitəsinin tövsiyəsinə əsaslanan islahatdır və ticarət üçün yeni imkanlar yaradır”.

Komitə sədri qeyd edib ki, iqtisadiyyatın inkişafı ilə ölkədə idxal-ixrac əməliyyatları artır:

“Gələn il fevralın 1-dən ofisdən çıxmadan idxal-ixrac əməliyyatlarını həyata keçirməyə imkan verən sistem tətbiq olunacaq. Bu sistem vətəndaşların məmurlarla ünsiyyətini də azaldacaq və bu sahədə şəffaflığı təmin edəcək”.

 





24.12.2018    çap et  çap et