525.Az

Metroda sıxlıq: "28 may" stansiyasına giriş bağlandı


 

Metroda sıxlıq: <b style="color:red">"28 may" stansiyasına giriş bağlandı</b>

Bu gün axşam saatlarında "Bakı Metropoliteni"nin 28 May stansiyasının əsas girişi qısamüddətli bağlanıb.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, buna səbəb stansiyada sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir:

"Pik saatlara görə stansiyada sərnişin sıxlığı müşahidə edilib. Sıxlıq yarandığı üçün qaydalara uyğun olaraq sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi saat 19:00 radələrində 5 dəqiqəlik bağlanıb.

Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra yenidən stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".

 





24.12.2018    çap et  çap et