525.Az

Serbiya prezidenti İlham Əliyevə zəng etdi


 

Serbiya prezidenti İlham Əliyevə zəng etdi<b style="color:red"></b>

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Trend Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Serbiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək, əməkdaşlığımızın qarşıdakı illərdə də genişlənəcəyinə əminliklərini ifadə ediblər.

 





25.12.2018    çap et  çap et