525.Az

“İrəli” 10 illik yubileyini cəbhə bölgəsində qeyd etdi


 

“İrəli” 10 illik yubileyini cəbhə bölgəsində qeyd etdi<b style="color:red"></b>

"İrəli" İctimai Birliyi 10 illik yubileyini Ağdamda yerləşən N saylı hərbi hissədə qeyd edib.

Təşkilatdan verilən məlumata görə, "İrəli" komandası ənənəni davam etdirərək ad günü tortunu cəbhə bölgəsində xidmətdə olan əsgərlərlə birlikdə kəsib.

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxışında bildirib ki, təşkilat olaraq qarşılarında duran əsas vəzifə Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişmələrinə töhfə və təkan verməkdir: "Məhz hər il olduğu kimi, bu il də cəbhə bölgəsində ad günümüzü qeyd etməyimiz əsgərlərdə ruh yüksəkliyi yaradır, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində onların asüdə vaxtına əlavə rəng qatır".

Daha sonra hərbi hissədə mədəni-əyləncəli proqram təşkil edilib, xidmətdə fərqlənən əsgərlərə fəxri fərman və dəyərli hədiyyələr verilib.

Qeyd edək ki, tədbirdə "İrəli" İctimai Birliyinin 100-dən çox üzvü iştirak edib.

Xatırladaq ki, "İrəli" 2003-cü ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaradılıb. 2008-ci ilin dekbarın 24-də isə "İrəli" İctimai Birliyi təsis olunub.

CEYHUN

 





25.12.2018    çap et  çap et