525.Az

Qazaxlılardan gərəkli və xeyirxah nümunə


 

YENİ İL ƏRƏFƏSİNDƏ RAYON ƏRAZİSİNDƏKİ QƏBİRİSTANLIQLARDA İMƏCİLİK KEÇİRMƏK ƏNƏNƏ HALINI ALIB

Qazaxlılardan gərəkli və xeyirxah nümunə<b style="color:red"></b>

İldən-ilə həyat və məişət şəraitimiz yaxşılaşsa da, heç kimə sirr deyil ki, şəhər, qəsəbə və kəndlərimizdəki əksər məzarlıqların ərzisində çox vaxt səliqəsizlik hökm sürür. Nədənsə, bizim mentalitetimizdə yalnız öz yaxınlarımızın qəbirlərinin ətrafının az-çox nizama salınmasından başqa, onların uyuduğu qəbirstanlıqların da səliqəli olmasının qayğısına qalmaq düşüncəsi zəifdir.

Bu baxımdan, son illər Qazaxda yaranmış ənənə vətəndaşlarımız üçün nümunə ola bilər. Sən demə, artıq bir neçə ildir ki, Yeni ilin gəlişi ərəfəsində rayon ərzaisində yerləşən bütün qəbiristanlıqlarda zəruri səliqə-sahman işlərini nəzərdə tutan kütləvi iməcilik keçirilir.    

Son belə iməcilik ötən həftənin son iki gününü əhatə edib. Bu ümumxalq tədbirində bütün yaşayış məntəqələrinin, o cümlədən, kəndlərin ərazilərindəki qəbiristanlıqların içərisində və ətrafında təmizlik-abadlıq işləri aparılıb, məzarlıqlar alaq otlarından, kol-kosdan təmizlənib, ehtiyac olan yerlərdə isə qəbiristanlıqların ətrafına yeni metal çəpərlər və ya torlar çəkilib.

Rayon sakinləri bu savab işi ilboyu bir neçə dəfə davam etdirəcəklərini də dilə gətiriblər.

Zakir MURADOV
Qazax

 





25.12.2018    çap et  çap et