525.Az

İtaliyada Etna vulkanı aktivləşdi - 150 dəfə püskürdü


 

İtaliyada Etna vulkanı aktivləşdi - <b style="color:red">150 dəfə püskürdü</b>

İtaliyanın Siciliya adasında Etna vulkanı aktivləşib.

Trend-in məlumatına görə, vulkan 24 saat ərzində 150 dəfə püskürüb.

Püskürmə ilə əlaqədar Messina-Sirakuza dəmir yolu bağlanıb.

Bundan başqa, qatı toz və kül dumanı ilə əlaqədar Kataniya şəhərinin aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Hava limanının bu gün açılacağı sual altındadır.

Etna vulkanında aktivliyin davam etdiyi deyilir. Sutka ərzində ən şiddətli püskürmə 4 bal gücündə qeydə alınıb.

 





25.12.2018    çap et  çap et