525.Az

Ruhani: "Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də..."


 

Ruhani: "Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də..."<b style="color:red"></b>

Vaşinqtonun Tehrana qarşı sanksiyaları İranda həyat səviyyəsinə mənfi təsir göstərsə də, ABŞ məqsədinə çata bilməyəcək.

Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bəyan edib.

H.Ruhani bildirib ki, İran hökuməti parlamentin, xalqın və ali liderin dəstəyi ilə çətinliklərin öhdəsindən gələcək:

"Birləşmiş Ştatlar isə məğlubiyyətə düçar olacaq".

Prezident əlavə edib ki, ABŞ-ın əsas məqsədi İranı diz çökdürməkdir:

"Birləşmiş Ştatların məhdudlaşdırıcı tədbirləri beynəlxalq razılaşmaları pozur və birbaşa İran xalqına, regionun əhalisinə və beynəlxalq təşkilatlara qarşı yönəlib".

 





25.12.2018    çap et  çap et