525.Az

Bu ərazilərdə qaz olmayacaq


 

Bu ərazilərdə qaz olmayacaq<b style="color:red"></b>

Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yeni çəkilmiş polietilen diametri 160 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Xırdalana təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə aparılan təmir işlərinin Masazır qəsəbəsi və Xəzər rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

 





26.12.2018    çap et  çap et