525.Az

Qara Qarayev yaradıcılığına dair yeni nəşr


 

Qara Qarayev yaradıcılığına dair yeni nəşr<b style="color:red"></b>

Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın "Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar" kitabı çap edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan Prezidentinin "Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında" 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq işıq üzü görüb.

3 fəsildən ibarət kitabda Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edilir.

"Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 





26.12.2018    çap et  çap et