525.Az

"Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir" mövzusunda tədbir


 

"Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir" mövzusunda tədbir<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi "Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir" mövzusunda növbəti peşəyönümlü tədbirini Bakı Modern Təhsil Kompleksində təşkil edib.

Nazirlikdən verilən məlumata görə, məqsəd gənc nəslin gələcək karyerasının müəyyən edilməsinə və əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verməkdir.

Tədbirdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilib. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Aktiv məşğulluq tədbirləri, məşğulluq xidmətləri barədə məlumatların əks olunduğu çap materialları paylanıb, şagird və valideynlərin sualları ətraflı cavablandırılıb.

CEYHUN

 





26.12.2018    çap et  çap et