525.Az

Reabilitasiya kursu keçən uşaqlar üçün bayram tədbiri təşkil edildi


 

Reabilitasiya kursu keçən uşaqlar üçün bayram tədbiri təşkil edildi<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə xidmət rəisi Cavid Əbdül-Qədirov Prezident İlham Əliyevin ölkədə bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsinə diqqət və qayğısından bəhs edib, bu qayğı nəticəsində Uşaq Bərpa Mərkəzində də müasir tələblər səviyyəsində reabilitasiya şəraiti yaradıldığını vurğulayıb.

Mərkəzin baş həkimi Şaban Eyvazov müəssisədə sağlamlıq imkanları məhdud uşaqların fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edildiklərini diqqətə çatdırıb.

Daha sonra Mərkəzdə reabilitasiya kursu keçmiş Sürəyya Dadaşovanın rəsm sərgisinə baxış olub.

Bayram şənliyi musiqili-əyləncəli proqramla davam edib.

C.ABASOV

 





26.12.2018    çap et  çap et