525.Az

"Xəzərin statusu barədə konvensiya investisiyanın artmasına xidmət edəcək"


 

"Xəzərin statusu barədə konvensiya investisiyanın artmasına xidmət edəcək"<b style="color:red"></b>

Xəzərin hüquqi statusu barədə Konvensiya sahilyanı ölkələrin investisiya cəlbediciliyinin artmasına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

M.Zaxarova bildirib ki, bu il Aktau şəhərində imzalanmış Konvensiya sabitliyin möhkəmlənməsinə və “Xəzər beşliyi” ölkələri arasında səmərəli əməkdaşlığın genişlənməsi üçün əlverişli şəraitin yaradılmasına və bütünlüklə regionda aydın hüquqi vəziyyətin formalaşmasına xidmət edəcək:

“Konvensiya beş dövlətin bu unikal su hövzəsinin taleyi ilə bağlı müstəsna hüquq və məsuliyyətini təsbit edir”.

M.Zaxarova əlavə edib ki, Konvensiyanın müddəaları gəmiçilik rejimini və Xəzərin akvatoriyasından kollektiv istifadə qaydalarını müəyyənləşdirir, dəniz məkanının sülh məqsədləri ilə istifadə prinsiplərini təyin edir, ərazi sularının sərhədlərinin təyin olunması və digər vacib məsələləri nizamlayır.

 





26.12.2018    çap et  çap et