525.Az

Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrıldı


 

Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrıldı <b style="color:red"></b>

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





27.12.2018    çap et  çap et