525.Az

ABŞ və Çin Pekində ticarət danışıqları keçirəcəklər


 

ABŞ və Çin Pekində ticarət danışıqları keçirəcəklər<b style="color:red"></b>

ABŞ hökümətinin nümayəndə heyəti yanvar ayının ilk yarısında Pekinə səfər edəcək.

Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumaat görə, səfərin məqsədi Çin tərəfi ilə ticarət danışıqları aparmaqdır.

Məlumata əsasən, ABŞ nümayəndə heyətinin səfəri yanvar ayının 7-si başlayan həftədə baş tutacaq.

ABŞ nümayəndə heyətinə ticarət danışıqlarında ABŞ nümayəndəsinin müavini Ceffri Gerriş başçılıq edəcək.

 





27.12.2018    çap et  çap et