525.Az

Rusiya XİN Türkiyə nümayəndə heyəti ilə görüş hazırlayır


 

Rusiya XİN Türkiyə nümayəndə heyəti ilə görüş hazırlayır <b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi Türkiyə nümayəndə heyəti ilə görüş hazırlayır.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin informasiya və mətbuat departamentindən bildiriblər.

Departamentdən bildiriblər: "Gözlənilir ki, Suriyadakı vəziyyətlə bağlı yüksək səviyyədə danışıqlar yaxın vaxtlarda Moskvada keçirilə bilər".

Daha əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirmişdi ki, dekabrın 29-u Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və prezidentin mətbuat katibi İbrahim Kalın Rusiyaya səfər edəcəklər. Onun sözlərinə görə, tərəflər Moskvada Suriya məsələsini müzakirə edəcəklər.

 





27.12.2018    çap et  çap et