525.Az

Silahlılar Hələb, Latakiya və Hamada yaşayış məntəqələrini atəşə tutdular


 

Silahlılar Hələb, Latakiya və Hamada yaşayış məntəqələrini atəşə tutdular<b style="color:red"></b>

Silahlılar Suriyanın Hələb, Latakiya və Hama əyalətlərində yaşayış məntəqələrini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-leytenant Sergey Solomatin bildirib.

Onun sözlərinə görə, İdlib deeskalasiya zonasında qanunsuz silahlı qruplaşmalar atəşkəs rejimini pozmağa davam edirlər:

"Sutka ərzində silahlılar Latakiya əyalətinin Sandran və Dahr-Əbu-Əsəd yaşayış məntəqələrini, Hama əyalətinin Tell-Marak yaşayış məntəqəsini və Hələb əyalətinin Kudehi yaşayış məntəqəsini atəşə tutublar".

General-leytenant əlavə edib ki, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəz İdlib, Hama və Dəməşqdə humanitar aksiyalar keçirib.

 





27.12.2018    çap et  çap et