525.Az

Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı


 

Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı<b style="color:red"></b>

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yaxınlığında silsilə partlayışlar baş verib.

Trend-in məlumatına görə, paytaxtın xüsusi mühafizə olunan hissəsi hesab edilən və diplomatik missiyaların yerləşdiyi “yaşıl zona”ya bir neçə minaatan mərmisi buraxılıb.

ABŞ səfirliyinin mühafizəçilərinin cavab atəşi açdığı deyilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, hücum ABŞ Prezidenti Donald Trampın İraqa səfəri və orada Amerika hərbçiləri ilə görüşündən sonra baş verib.

 





27.12.2018    çap et  çap et