525.Az

Aİİ-də ilk imtahan sessiyasına hazırlıqla bağlı təlim


 

Aİİ-də ilk imtahan sessiyasına hazırlıqla bağlı təlim <b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ilk imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib.

İnstitutdan verilən məlumata görə, Aİİ-nin rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi təlimdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi, imtahan cavablarının yoxlanılması, şəffaflığın və obyektivliyin təmin olunmasında vacib məqamlara toxunulub.

Təlimdə müəllim və koordinatorlar İnstitutun 2018/2019-cu tədris ilinin ilk payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara uyğun keçirilməsini təmin etmək, imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun mütəşəkkil təşkil olunması barədə məlumatlandırılıblar.

Sessiyanın gedişi zamanı yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması məqsədi ilə operativ qərargah yaradılıb.

Təlimdə payız imtahan sessiyasında tətbiq olunacaq bir sıra yenilik diqqətə çatdırılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. Hazırda İnstitutda 1 fakültə və 3 kafedra fəaliyyət göstərməklə, Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Təhsil müəssisəsində 109 tələbə təhsil alır və 20-yə yaxın müəllim tədris prosesinə cəlb edilib.

 





22.12.2018    çap et  çap et