525.Az

Evelina Zakamskaya: "İlham Əliyev sabaha inamla baxır"


 

"ROSSİA 24" TELEVİZİYA KANALININ APARICISI AZƏRBAYCAN PREZİDENTİ İLƏ GÖRÜŞÜ BARƏDƏ TƏƏSSÜRATLARINI BÖLÜŞÜB

Evelina Zakamskaya: "İlham Əliyev sabaha inamla baxır"<b style="color:red"></b>

"Rossia 24" televiziya kanalının "Rəy" (Mneniye) proqramının müəllifi və aparıcısı Evelina Zakamskaya "Moskva-Baku" xəbər portalına Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb.

Dövlət başçısı İlham Əliyevdən 5-ci dəfə müsahibə almaq imkanı əldə edən rusiyalı telejurnalist qeyd edib ki, bu görüş zamanı prezident ona artıq 10 ildir ki, tanış olduqlarını xatırladıb. E.Zakamskaya bildirib ki, Azərbaycanın dövlət başçısından ilk müsahibəsini 2009-cu ildə alıb: "İlham Heydər oğlu Əliyevin bu məqama diqqət yetirməsi olduqca xoş idi. Onda nə xarici görünüş, nə də ünsiyyət baxımından hər hansı bir dəyişiklik var idi. Bütöv bir ölkənin həyat şəraiti, dünya arenasında tutduğu mövqe barədə geniş müsahibə hazırlayırdım. Təbii ki, Azərbaycanın dövlət başçısı həmişə ciddi və işgüzar əhval-ruhiyyədədir".

Aparıcı prezidentlə kadrarxası söhbətləri barədə danışaraq bildirib ki, hər dəfə çəkiliş bitdikdən sonra İlham Heydər oğlu qalxmağa tələsmir, şəxsi və mücərrəd mövzular ətrafında söhbət edirik: "Bizim söhbətimiz ailə, əhval-ruhiyyə, Bakının hazırkı havası haqda idi".

E.Zakamskayanın sözlərinə görə, prezidentlə onun əhvalı haqda danışanda bu qənaətə gəlib ki, ölkə rəhbəri kimi İlham Əliyev üçün şəxsi və ictimai problemlər eyni əhəmiyyətdədir: "Ölkədə baş verənlər onun əhval-ruhiyyəsində öz əksini tapır. Bu dəfə mənə elə gəldi ki, İlham Əliyev sakit və inamlı vəziyyətdədir. O, sabaha inamla baxır, bu gün Azərbaycanda həyata keçirilən islahatların doğruluğuna əmindir. Ölkə başçısının heç nədə tərəddüdlü olmaması bütün ölkə vətəndaşları üçün vacib işarədir".

Azərbaycanın birinci xanımı ilə tanışlığından danışan rusiyalı telejurnalist bildirib ki, bir neçə dəfə Mehriban Əliyevadan müsahibə almaq imkanı əldə edib.

E.Zakamskaya qeyd edib ki, tədbirlərin də birində prezidentin qızı Leyla Əliyeva ilə də tanış olub: "Əliyevlər ailəsinin bütün üzvlərinin ictimai fəaliyyət sahəsində kifayət qədər səriştəsi, istedadı var. Onlar bu işin öhdəsindən uğurla gəlirlər".

Daha sonra Azərbaycan-Rusiya əlaqələrindəki yeniliklərə toxunan aparıcının fikrincə, nə vaxt ki, iki ölkə arasında əlaqələrin ruhuna zidd, qərəzli məlumatlar tirajlanır, bu o deməkdir ki, hər şey yaxşıdır: "Biz ölkələrimiz arasında əlaqələrin davamlı inkişafını qeyd etdik. Dünyada informasiya və siyasi mühitin dəyişməsinə baxmayaraq, prezidentlərimiz arasında qarşılıqlı etimad həmişə qorunub-saxlanılır. Dünyanın taleyi də məhz real insanların əllərindədir. Bu, şəxsi etimad ölkələr arasında daim möhkəmlənməkdə olan siyasi inama çevrilib".

E.Zakamskaya turizm sahəsində Rusiya ilə Azərbaycan arasında gedən inteqrasiya və iqtisadi proseslər barədə də söhbət etdiklərini deyib, Bakıya ən çox Rusiyadan turistlərin axın etdiyini xatırladıb: "Bu, ölkələrimiz arasında təkcə tarixi əlaqələrlə bağlı deyil. Müsahibə zamanı prezidentin də qeyd etdiyi kimi, xüsusi məqam iki ölkə arasında dil baryerinin olmamasıdır. Bu gün Azərbaycanda rus dilinin mövqeyinin saxlanılmasına böyük diqqət ayırılır. Bu, bakılı kimi, məni sevindirməyə bilməz (gülümsəyir). Təbii ki, bu, bizim əlaqələrimizi daha da möhkəmləndirir. Dünyanın ən böyük dillərindən biri, beynəlxalq ünsiyyət dili kimi rus dilini bilmək ölkənin təhsil, mədəniyyət və elm sahəsini genişləndirməyə imkan verir".

Rusiyalı telejurnalist qeyd edib ki, Azərbaycanın bu il əldə etdiyi ən böyük nəticələrdən biri ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, iqtisadiyyatın şaxələndirilməsidir: "İlham Əliyev ölkədə bütün inkişafmeylli sahələri müəyyənləşdirərək tərrəqiyə nail olmaq üçün real addımlar atıb. Bu, straterji yol xəritəsi bir neçə il bundan əvvəl qarşıya qoyulub və ölkə bugünədək təyin olunmuş kurs ilə hərəkət edir. Hazırda dünyanın neft bazarında baş verənlər həmin yolun doğru olduğunu bir daha təsdiq edir. Xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsi nəticəsində qeyri-neft sektorunda gedən inkişafla ölkə Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq müstəvisinə daxil olur".

Sonda Bakının Yeni il bayramına hazırlığı ilə bağlı təəssüratlarını bildirən E.Zakamskaya bu səfərin çəkiliş heyəti üçün olduqca maraqlı alındığını, xoş təəssüratlarla geri qayıtdıqlarını deyib. Aparıcının sözlərinə görə, onları Azərbaycanda həmişə isti qarşılayırlar: "Bu, artıq ənənəyə çevrilib. Bu dəfə prezidentin administrasiyası ilə kadr axrasında söhbət edir, onlara artıq ailə kimi olduğumuzu deyirəm. Bu, mənim üçün çox əhəmiyyətlidir. Bakı mənim üçün doğma şəhər kimi qalır, bura gəlməyi çox sevirəm. Hər dəfə Bakıya səfər edəndə sürücüdən köhnə Çapayev, indi Təbriz küçəsində yerləşən əvvəlki evimizin yanında keçməsini xahiş edirəm. Artıq oradakı evimiz yoxdur. Həmin yerdə böyük çoxmərtəbəli bina tikilib. Ancaq ətrafdakı evlər qalıb. Çox asanlıqla doğma məkanları tanıdım".

Rusiyalı telejurnalist bildirib ki, Moskvadan fərqli olaraq Bakıda hava bir az isti olsa da, Yeni il əhval-ruhiyyəsi mövcuddur: "Zaman-zaman yağış yağır. Bakının yüksək səması qarın yoxluğunu kompensasiya edir. Küçələr yaxşı bəzədilib, al-əlvan rəngə boyanıb. Şəhər bayrama hazırlaşır. Azərbaycanın öz Şaxta babası var. Bu, mənim çox xoşuma gəlir. Bu, Santa-Klaus deyil, məhz Şaxta babadır (gülür). O, mənim uşaqlıqda gördüyüm kimidir. Mən bütün Azərbaycan vətəndaşlarına, o cümlədən, bakılılara xoş Yeni il arzulayıram".

Ceyhun ABASOV

 





28.12.2018    çap et  çap et