525.Az

Xoreoqrafiya Akademiyasında Yeni il şənliyi - Foto


 

Xoreoqrafiya Akademiyasında Yeni il şənliyi - <b style="color:red">Foto </b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tam orta məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib.

Akademiyanın professor-müəllim və tələbə-şagird heyətinin qatıldığı bayram şənliyini giriş sözü ilə məktəbin direktoru Bəşarət Hüseynova açaraq tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Daha sonra isə akademiyanın tam orta məktəbinin təqdimatında bayram şənliyinə start verilib.

Yeni il şənliyi tələbələrin ifasında milli, klassik və müasir rəqslərlə, “Qırmızı papaq”, “İtmiş hədiyyələr” səhnəcikləri və “Yeni il gəldi”, “Şən yolka”, “Jingle-Bells” mahnıları ilə davam edib.





 





28.12.2018    çap et  çap et