525.Az

Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirildi


 

Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirildi<b style="color:red"></b>

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, fondun Müşahidə Şurasının sədri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən tədbirdə fondun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov 2018-ci ildəki fəaliyyəti üzrə hesabatı təqdim edib.  Bildirilib ki, hesabat dövründə ölkədə İKT sahəsində sahibkarlığın inkişafına dəstək olmaq məqsədilə innovativ və tətbiqi elmi-texniki layihələrin qrant maliyyələşdirilməsi davam etdirilib. Fondun keçirdiyi qrant müsabiqələrin icra vəziyyəti barədə məlumat verilib. Hesabat dövründə İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvəkkil banklar vasitəsilə ayrılmış güzəştli kreditlər barədə də hesabat verilib.

Ölkədə startapların inkişafı, innovativ ideyalarının reallaşdırılmasına dəstək verilməsi, innovativ sahibkarılığın və yüksək texnologiyalar sahəsinin təbliği ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim edilib. Müşahidə Şurasının üzvləri müzakirələrdə iştirak edərək hesabat dövründə Fondun fəalliyyətini uğurlu sayıb, fond tərəfindən həyata keçirilən innovativ layihələrin maliyyələşdirilməsi tədbirlərini yüksək qiymətləndiriblər.

İclasın yekununda Müşahidə Şurasının üzvlərinə beş il ərzində səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif ediliblər.

CEYHUN

 





28.12.2018    çap et  çap et