525.Az

Gənc Tamaşaçılar Teatrında Yeni il "Qar kraliçası" ilə qarşılanacaq


 

Gənc Tamaşaçılar Teatrında Yeni il "Qar kraliçası" ilə qarşılanacaq<b style="color:red"></b>

Hər il uşaqlar üçün rəngarəng bayram tamaşaları hazırlayan Gənc Tamaşaçılar Teatrı bu dəfə balacaların görüşünə H.X.Andersenin "Qar kraliçası" əsəri əsasında qurulan tamaşa ilə gələcək.

Əsl bayram və qış ovqatında olan səhnə əsərinin rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya, plastik həll Ceyhun Dadaşova aiddir.
 
Tamaşada teatrın istedadlı aktyorları Mehriban Hüseynova, Könül Əbilova, İlqarə Tosova, Anar Seyfullayev, Vahid Orucoğlu, Aygün Fətullayeva, Xəyalə Meydanova, Ceyhun Məmmədov, Bəhram Həsənov, Qəmər Məmmədova, Zemfira Əbdülsəmədova, Dilarə Fərəcullayeva, Nuriyyə Əliyeva, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elşən Şıxəliyev, Xaliq Bəkirov rol alıblar.

Tamaşadan əvvəl teatrın foyesində Şaxta baba və Qar qızın iştirakı ilə balacalar üçün yeni il şənliyi nümayiş olunacaq. Həmçinin, tamaşanın biletlərinə uşaqlar üçün hədiyyələr də daxildir.

 





28.12.2018    çap et  çap et