525.Az

Milli Məclis bu ilin son plenar iclasını keçirəcək


 

Milli Məclis bu ilin son plenar iclasını keçirəcək<b style="color:red"></b>

Bu gün Milli Məclisin 2018-ci ildə son plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda İnzibati Xətalar Məcəlləsinə, Mülki Məcəlləyə, Əmək Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, "Antiinhisar fəaliyyəti haqqında", "Elektron ticarət haqqında", "İcbari sığortalar haqqında", "Haqsız rəqabət haqqında", "Xarici investisiyanın qorunması haqqında" və digər bir sıra qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

İclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.

 





28.12.2018    çap et  çap et