525.Az

Çavuşoğlu sabah Rusiyaya gedir


 

Çavuşoğlu sabah Rusiyaya gedir <b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya səfər edəcək.

Trend-in məlumatına görə, səfər barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyəli lider qeyd edib ki, naziri Rusiyaya səfəri zamanı ölkə kəşfiyyatının başçısı Hakan Fidan müşayiət edəcək.

Dövlət başçısı qeyd edib ki, M.Çavuşoğlunun Rusiyaya səfəri zamanı əsas müzakirə mövzusu Suriya böhranı olacaq.

Qeyd edək ki, daha öncə nazirin Rusiyaya səfər edəcəyi və səfərin ilin sonuna qədər baş tutacağı qeyd edilmişdi.

 





28.12.2018    çap et  çap et