525.Az

“Soyuq əllər, isti ürək” çərçivəsində konsert


 

“Soyuq əllər, isti ürək” çərçivəsində konsert <b style="color:red"></b>

Paytaxtın Fəvvarələr meydanında təşkil edilmiş ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası çərçivəsində dekabrın 27-də konsert keçirilib.

Konsertdə Murad Arif, Natəvan Həbibi, Rauf və digər tanınmış musiqiçilər səhnəyə çıxaraq tamaşaçılara əsl Yeni il əyləncəsi təqdim ediblər.

Artıq altı ildir təşkil olunan xeyriyyə yarmarkası “Nargis” Fondunun və 106.3 FM-in təşəbbüsü ilə keçirilir. Yarmarka 2019-cu il yanvarın 6-dək davam edəcək.

Yarmarkada quraşdırılmış kiçik taxta köşklərdə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına suvenirlər, geyimlər, şirniyyatlar, ətriyyatlar, kitablar, oyuncaqlar, yolka bəzəkləri və s. təklif olunur.

“Soyuq əllər, isti ürək” xeyriyyə yar

markasında əldə olunan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına sərf ediləcək. Xeyriyyə yarmarkasında şəhərimizin sakinlərini və qonaqlarını həm də müxtəlif əyləncələr, viktorinalar, yarışlar, bir sözlə, gözəl əyləncəli günlər gözləyir. Yarmarkada, eyni zamanda, Azərbaycan və dünya mətbəxinin ləziz təamlarından dadmaq imkanı da var.

Xeyriyyə yarmarkası yaşından asılı olmayaraq, hər kəsin, eləcə də paytaxtımıza gələn turistlərin marağına səbəb olur. Burada qurulmuş səhnədə qonaqlara əsl şou və əyləncə təqdim edilir.

 





30.12.2018    çap et  çap et