525.Az

“Vodafone” ABŞ-ı tərk edir


 

“Vodafone” ABŞ-ı tərk edir<b style="color:red"></b> Böyük Britaniyanın “VodafoneGroup” və ABŞ-ın “VerizonCommunications” şirkətləri “Vodafone”nun onlara məxsus “VerizonWireless” birgə müəssisəsindəki payının satılması ilə bağlı razılığa gəliblər.

525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sazişin şərtlərinə əsasən, Britaniya tərəfi ABŞ tərəfdaşına ona məxsus 45 faizlik payı 130 milyard dollara satacaq. “Vodafone”nun Direktorlar Şurası “Verizon” ilə sövdələşməni, prinsipcə, qəbul edib.
 
“VerizonWireless” şirkətinin “Verizon”un tam nəzarəti altına keçməsi sazişin böyüklüyünə görə sahə tarixində ikinci olacaq. (İlk belə böyük alqı-satqı sövdələşməsi 1999-cu ildə “Vodafone” tərəfindən Almaniyanın “Mannesmann” şirkətinin 172 milyard dollara satın alınması olub).
 
“Verizon” sövdələşmənin bir qismini nağd pulla, digər hissəsini səhmləri ilə ödəyəcək. Bununla yanaşı, saziş çərçivəsində ödənilən 60 milyard dollar sövdələşmələr tarixində ən böyük məbləğdir. Sazişin böyüklüyünə baxmayaraq bunun “Verizon”un sayının 100 milyonu ötən abunəçiləri ilə münasibətlərinə təsir edəcəyi gözlənilmir,
 





03.09.2013    çap et  çap et