525.Az

Ərdoğan sabiq baş nazirin namizədliyini İstanbul meri postuna irəli sürdü


 

Ərdoğan sabiq baş nazirin namizədliyini İstanbul meri postuna irəli sürdü<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasından İstanbulun meri postu üçün sabiq baş nazir Binəli Yıldırımın namizədliyini irəli sürüb.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, yerli hakimiyət orqanlarına seçkilər Türkiyədə 2019-cu il mart ayının 31-i keçiriləcək.

Seçkilərdə B.Yıldırımın əsas opponenti müxalif Xalq-Respublika Partiyasından namizəd Əkrəm İmamoğlunun olacağı gözlənilir.

 





30.12.2018    çap et  çap et