525.Az

"TANAP həm Türkiyə və Azərbaycan, həm də Avropa üçün əhəmiyyətli layihədir"


 

<b style="color:red">"TANAP həm Türkiyə və Azərbaycan, həm də Avropa üçün əhəmiyyətli layihədir"</b>

Azərbaycan tərəfindən həyata keçirilən Trans-Anadolu qaz boru kəməri (TANAP) və STAR neft emalı zavodu Türkiyədə ən əhəmiyyəti enerji layihələrindən biridir.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, TANAP həm Türkiyə və Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyətli layihədir.

F.Dönməz onu da qeyd edib ki, STAR NEZ-in tikintisinə təqribən 6,3 milyard dollar investisiya yatırılıb.

 





02.01.2019    çap et  çap et