525.Az

Çin sahillərində Tayvan gəmisi batdı


 

Çin sahillərində Tayvan gəmisi batdı<b style="color:red"></b>

Çinin şərq sahillərində Tayvana məxsus yük gəmisi batıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşüb.

Ümumilikdə gəminin göyərtəsində 15 nəfər olub. Axtarış-xilasetmə əməliyyatı davam edir, ekipaj üzvlərindən 5-ni xilas etmək mümkün olub.

Gəminin batma səbəbləri məlum deyil.

 





02.01.2019    çap et  çap et