525.Az

Bakıda avtobus qəzası: 3 yaralı


 

Bakıda avtobus qəzası: 3 yaralı <b style="color:red"></b>

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında baş verib.

"BakuBus" MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu "KİA" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, "KİA" markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

"Bakı Nəqliyyat Agentliyi"nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, faktla bağlı araşdırma aparılır, araşdırmadan sonra qəzanın səbəbləri müəyyən ediləcək.

Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.

 





03.01.2019    çap et  çap et