525.Az

Luvrda ziyarətçilərin sayında rekord olub


 

Luvrda ziyarətçilərin sayında rekord olub<b style="color:red"></b>

2018-ci ildə Luvr muzeyində ziyarətçilərin sayı 10 milyon nəfəri keçməklə tarixi rekordu yeniləyib.

Trend-in məlumatına görə, bu barədə muzeyin direktoru Lan-Lyuk Martinez bəyan edib.

Qeyd edək ki, bundan öncə rekord say 2012-ci ildə qeydə alınmışdı, həmin il üçün ziyarətçilərin sayı 9,7 milyon nəfər olub.

Xatırladaq ki, Luvr Kral Sarayı muzey qismində 1793-cü ildə sənətsevərlərin üzünə açılıb.

 





03.01.2019    çap et  çap et