525.Az

İndoneziyada "Anak Krakatau" yenidən püskürdü


 

İndoneziyada "Anak Krakatau" yenidən püskürdü<b style="color:red"></b>

İndoneziyanın Sumatra və Yava adalarını ayıran Zond boğazındakı Anak Krakatau vulkanı yenidən püskürüb.

Trend-in məlumatına görə, püskürmə nəticəsində 2 kilometr hündürlüyədək kül sovrulub.

Bölgə rəhbərliyi sakinləri və turistləri vulkana 5 kilometrdən yaxın olmamağa çağırıb.

Xatırladaq ki, ötən il dekabrın 22-i vulkanın püskürməsi şiddətli sunamiyə səbəb olmuş, nəticədə 430 nəfər həlak olmuşdu.

 





03.01.2019    çap et  çap et