525.Az

ABŞ-dan İrana raket çağırışı


 

ABŞ-dan İrana raket çağırışı<b style="color:red"></b>

İran iqtisadi və diplomatik təcridin güclənməsindən yaxa qurtarmaq üçün raket buraxılışlarından imtina etməlidir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyan edib.

O xatırladıb ki, İran Müdafiə nazirliyi yaxın aylarda üç kosmik raket-daşıyıcını buraxacağını elan edib:

“ABŞ İranın dağıdıcı siyasətinin beynəlxalq sabitlik və təhlükəsizliyə təhdid törətməsinə durub baxmayacaq. Biz İran hökumətini bu cür təxribat xarakterli buraxılışlardan imtina etməyə çağırırıq”.

 





03.01.2019    çap et  çap et