525.Az

"Qızların təhsildən yayındırılaraq erkən nikahlara vadar edilməsi cəhalətdir"


 

"Qızların təhsildən yayındırılaraq erkən nikahlara vadar edilməsi cəhalətdir"<b style="color:red"></b>

"Normadan kənar olan hər şeyi pisləyirəm. Erkən nikahlardır, nə bilim, qızların təhsildən yayındırılmasıdır və sair, hamısı normadan kənar olduğuna görə, onları qətiyyətlə pisləyir və rədd edirəm".

Bunu "525"ə açıqlamasında yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmov bildirib.

Yazıçı hesab edir ki, qızların təhsildən yayındırılaraq, erkən nikahlara vadar edilməsi, təhsilsizlik, savadsızlıq cəhalətdir, nadanlıqdır.

"Çünki əgər tibb aləmində səhiyyə, təbabət bunu bunu belə məsləhət görürsə, ona əməl etmək lazımdır.

Hesab edirəm ki, bu, həm o fiziki sağlamlıq barədə ziyanlıdır, həm də Azərbaycanın gələcəyi üçün mənfi haldır. Yəni əgər, bu normalar o qırmızı xətti keçirsə, deməli, qanun pozuntusudur" - deyən millət vəkili bu kimi mənfi hallara qarşı cəmiyyətin biganə, laqeyd qalmamasını məsləhət görüb.

"Birinci, bu yöndə yüksək səviyyədə maarifləndirmə, təbliğat olmalıdır. Yəni valideynlər, atalar, analar başa düşməlidir, dərk etməlidirlər ki, bu, həm də ziyandır. Erkən nikanlar, vaxtından əvvəl zorla, məcburən evləndirmələr sağlamlığa ziyandır..." - deyə, H.Mirələmov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





04.01.2019    çap et  çap et