525.Az

"Biz və bizim dağlar" abidəsi Azərbaycanın mədəni sərvətidir"


 

ƏBU DABİDƏ KEÇİRİLƏN ƏNƏNƏVİ FESTİVALDA AZƏRBAYCAN PAVİLYONU İŞĞAL ALTINDAKI DAĞLIQ QARABAĞDA YERLƏŞƏN ABİDƏ FORMASINDA TƏRTİB OLUNUB

"Biz və bizim dağlar" abidəsi Azərbaycanın mədəni sərvətidir"<b style="color:red"></b>

"Bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən ənənəvi festivalda Azərbaycan pavilyonu Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağda yerləşən "Biz və bizim dağlar" abidəsi formasında tərtib olunub. Bu, ermənilərdə böyük qəzəb yaradıb və abidənin erməni abidəsi olduğunu iddia ediblər".

Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O, həmin abidənin məhz Azərbaycan abidəsi olması barədə 2010-cu ilin fevralın 16-da "day.az" saytında rus dilində gedən "Xankəndi şəhəri - Azərbaycan mirvarisi" sərlövhəli məqaləsində yazıb.

Deputat xatırladıb ki, 1967-ci ildə Xankəndi yaxınlığında, Əskəran rayonu ərazisində heykəltəraş Sarkis Baqdasaryanın "Biz və bizim dağlar" monumental abidəsinin açılışı olub: "Abidə qısa zamanda həm yerli əhali, həm də Azərbaycan cəmiyyəti tərəfindən sevilib və hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi sayılır. Abidənin erməni əsilli heykəltəraş tərəfindən yaradılması onu avtomatik olaraq Ermənistanın mədəni sərvəti etmir. Abidə Azərbaycan Respublikasının büdcəsi hesabına, Azərbaycan ərazisində yaradılıb, ona görə də Azərbaycan mədəni sərvəti sayılır".

A.Mirzəzadə vurğulayıb ki, istənilən mədəniyyət abidəsi ərazisində yaradıldığı ölkənin sərvəti hesab edilir: "Bu prinsip bütün dünyada qəbul edilib və mübahisə doğurmur".

Ceyhun ABASOV

 





04.01.2019    çap et  çap et