525.Az

Aztəminatlı ailələr üçün bayram şənliyi təşkil edildi - Fotolar


 

Aztəminatlı ailələr üçün bayram şənliyi təşkil edildi - <b style="color:red">Fotolar </b>

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Mesenat” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələr üçün bayram ziyafəti təşkil edilib.

Əksəriyyəti uşaq olmaqla 300-ə yaxın şəxsin iştirak etdiyi tədbirdə əyləncə və müxtəlif şoular nümayiş olunub, uşaqlara bayram hədiyyələri paylanılıb.

Tanınmış idmançılar, o cümlədən, Avropa, dünya və olimpiya mükafatçıları, həmçinin, müxtəlif təşkilat, media orqanları və təhsil ocaqlarının nümayəndələri tədbirdə çıxış edərək bayram təbriklərini çatdırıblar.

Tədbirə qatılan rəqs qrupları, Şaxta baba və Qar qız, üz boyama sənətkarları uşaqlara maraqlı əyləncəli anlar yaşadıblar.

Eyni zamanda, müğənnilər maraqlı ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

Qeyd edək ki, tədbirdə yığılan ianələr hesabına əlavə olaraq uşaqlar evinə və ehtiyaclı ailələrə bayram sovqatı paylanılıb.

CEYHUN

 





04.01.2019    çap et  çap et