525.Az

Rusiyada sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmaq təklif edilir


 

Rusiyada sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmaq təklif edilir<b style="color:red"></b>

Rusiyanın Leninqrad vilayətinin Qanunverici məclisinin deputatı Vladimir Petrov sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmağı təklif edib.

Trend-in məlumatına görə, deputat müvafiq müraciəti mədəniyyət naziri Vladimir Medinskiyə göndərib.

V.Petrov bildirib ki, müasir dünyada heyvanlarla, xüsusilə də kütlə qarşısında nümayişlər zamanı insaflı davranmaq təbliğ olunur:

"Artıq İspaniyada öküzlərin ölümü ilə başa çatan korrida döyüşlərindən tədricən imtina olunur".

O əlavə edib ki, Rusiyada təlimlər zamanı sirk heyvanlarına qarşı kobud hərəkətlər davam edir:

"Bu, tamaşaçılara, xüsusilə uşaqların psixikasına mənfi təsir edə bilər. Buna görə də problemin həllində ilk addım yaş həddinin artırılması ola bilər".

 





04.01.2019    çap et  çap et