525.Az

“Müəmmalı bir qətlin üç versiyası” - ilin ilk tamaşası


 

“Müəmmalı bir qətlin üç versiyası” - <b style="color:red">ilin ilk tamaşası </b>

Yanvarın 6-da “YUĞ” Dövlət Teatrının yaradıcı kollektivi ilin ilk tamaşasını təqdim edəcək.

Teatrdan bildirilib ki, R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadə olan səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov və Elşən Əsgərov çıxış edəcəklər. Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib.

Cəngəllikdə bir ölüm hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır.

MEHRİ

 





06.01.2019    çap et  çap et