525.Az

Suriya XİN: "ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-in böyüməsinə imkan yaradır"


 

Suriya XİN: "ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-in böyüməsinə imkan yaradır"<b style="color:red"></b>

Suriyada qanunsuz fəaliyyət göstərən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in böyüməsinə imkan yaradır.

Trend-in məlumatına görə, bu barədə Suriyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Bu gün BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərən XİN qeyd edir ki, koalisiyanın əsas hədəfi İŞİD terror qruplaşmasının mövqeləri deyil, "Deyr-əz-Zor əyalətinin əhalisi sıx olan rayonlarda yaşayan günahsız suriyalılardır": "Bu "koalisiyanın" hərəkətləri lap əvvəldən cinayətkar terror qruplaşmasının Suriyada qalması və yenidən böyüməyə başlaması üçün uyğun şəraitin yaradılmasına imkan verir".

Suriya XİN-i növbəti dəfə bütün koalisiya qoşunlarının ölkədən çıxarılmasını və BMT tərəfindən günahkarlar barəsində ədalətli araşdırmanın aparılmasını tələb edib.

Qeyd edək ki, AŞ-ın rəhbərlik etdiyi beynəlxaq koalisiya dekabrın 30-u bildirib ki, 2014-cü ildən Suriya və İraqda həyata keçirilən antiterror hava zərbələri nəticəsində azı 1139 dinc sakin həlak olub.

 

 





06.01.2019    çap et  çap et