525.Az

Prezident və xanımı 5 ulduzlu otelin açılışında (FOTO)


 

Prezident və xanımı 5 ulduzlu otelin açılışında (FOTO) Bu gün ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu “Four Seasons” otelinin açılışında iştirak edib.

AzərTac-ın məlumatına görə, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, “Four Seasons Hotel Baku” məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyadakı 90-cı otelidir. Xəzər dənizinin sahilində, İçərişəhərin və Dənizkənarı Milli Parkın bir neçə addımlığında yerləşən oteldə 27 lüks nömrə, iki prezident lüksü olmaqla, 171 geniş otaq, klassik interyer yaradılıb.

Prezident İlham Əliyev otelin kollektivi ilə görüşərək onları təbrik edib.
Sonda xatirə şəkli çəkdirilib.
 





03.09.2012    çap et  çap et