525.Az

Xalq artistinin səhnə fəaliyyətinin 50 illiyi ilə bağlı konsert keçiriləcək


 

Xalq artistinin səhnə fəaliyyətinin 50 illiyi ilə bağlı konsert keçiriləcək <b style="color:red"></b>

Yanvarın 31-də Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Saraydan verilən məlumata görə, konsertdə Zaur Rzayevin musiqisevərlər arasında sevilən və tanınan “Dilbərim”, “Cavanlığım”, “Bilirəm getmisən”, “Sev məni”, “Duman”, “Ay qız”, “Sarı bülbül”, “Vəfalısan gözəlim” və digər mahnıları səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

 





08.01.2019    çap et  çap et