525.Az

"Gənclərə dəstək" layihəsi çərçivəsində ilin ilk konserti reallaşacaq


 

"Gənclərə dəstək" layihəsi çərçivəsində ilin ilk konserti reallaşacaq<b style="color:red"></b>

"Gənclərə dəstək" layihəsi çərçivəsində ilin ilk konsert proqramı M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində olan kamera və orqan musiqi zalında reallaşacaq.

AZƏRTAC xəbər verir ki, yanvarın 23-də təqdim olunacaq konsert "Qış kaleydoskopu" adı altında təşkil olunacaq.

Konsertdə respublikanın gənc ifaçıları Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edəcəklər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi, "Mədəniyyət" kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim edilib.

 





08.01.2019    çap et  çap et