525.Az

Teatrların yanvar ayına repertuarları zəngindir


 

Teatrların yanvar ayına repertuarları zəngindir<b style="color:red"></b>

Teatrlar yeni ilin ilk ayına olan repertuarlarını açıqlayıblar. Bu ay da tamaşaçılar maraqlı səhnə əsərlərini izləyə biləcəklər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzərdə tutulan repertuarında klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alır.

12 yanvar - "Vəsiyyət", "Almaz", 17 yanvar - "Bir, iki bizimki", 18 yanvar - "Xəcalət", 19 yanvar - "Xəcalət", "Ah, bu uzun sevda yolu" , 20 yanvar - "Qarabağnamə", 22 yanvar - "Qəribə, çox qəribə əhvalat", 24 yanvar - "Manqurt", 25 yanvar - "Sinif yoldaşları", 26 yanvar - "Buratino axmaqlar ölkəsində", 27 yanvar - "Çipollino", "Qətibə İnanc" kimi səhnə əsərləri tamaşaçılara xoş anlar yaşadacaq.

Tamaşalar bir qayda olaraq saat 19.00-da nümayiş ediləcək.

Azərbaycan Dövlət Musiqili Teatrı isə yanvar ayının sonuna olan repertuarını açıqlayıb. Teatr yanvarın 25-i Ü.Hacıbəyli "Arşın mal alan", yanvarın 26-sı H.K.Anderson "Düyməcik" (rus dilində), H.K.Anderson "Düyməcik" (rus dilində), E.Sabitoğlu, T.Vəliyeva "Bankir adaxlı", yanvarın 27-si H.K.Anderson "Düyməcik" (rus dilində), R.Mirişli, M.Haqverdiyev "Amerikalı kürəkən", yanvarın 29-u isə R.Şəfəq, V.Zimin "Yağış göbələyinin macərası" (rus dilində) təqdim edəcək.

Pantomima Teatrı bu dəfə də ənənəyə sadiqdir. Teatr bu ay maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək. Teatrdan bildirilib ki, yanvarın 12-də "6+1 nömrəli palata", yanvarın 13-də uşaqlar üçün "Fəlakət və İnsan", "Dejavü" tamaşaları təqdim olunacaq. Eyni zamanda, sənət ocağının səhnəsində yanvarın 19-da "İt gəzdirən xanım", yanvarın 26-27-də isə "Adagio" tamaşaları izləniləcək.

Tamaşalar bir qayda olaraq saat 18.00-da təqdim ediləcək.

Marionet Teatrında bu ilin ilk tamaşası - "Leyli və Məcnun" yanvarın 26-da nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.

Tamaşa ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc - Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.

Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında "Leyli və Məcnun" operasını yazıb. Opera Marionet Teatrının repertuarında xüsusi yer tutur. "Leyli və Məcnun" muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.

"YUĞ" Dövlət Teatrı da yeni ilin ilk ayı maraqlı səhnə əsərləri ilə çıxış edəcək. İlin ilk tamaşası "Müəmmalı bir qətlin üç versiyası"nı yanvarın 6-da təqdim edən sənət ocağında yanvarın 12-də "Quş dili" tamaşası təqdim olunacaq. Bundan başqa, yanvarın 13-də "Təklif. Elçilik", yanvarın 18-də "Məhşər günü", yanvarın 26-da "Sonuncu", yanvarın 27-də isə "Medeya. Sekvensiya 001" səhnə əsərləri nümayiş ediləcək.

Tamaşalar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək.

Şahanə MÜŞFİQ

 





08.01.2019    çap et  çap et