525.Az

Dram Teatrı bu dəfə də azyaşlı tamaşaçılarını sevindirib


 

Dram Teatrı bu dəfə də azyaşlı tamaşaçılarını sevindirib<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, ötən ilin dekabr ayının 22-dən başlayan və yanvarın 6-dək davam edən bayram tamaşaları gündə dörd seans olmaqla təqdim olunur.

Quruluşçu rejissoru Anar Sadıqov olan "Nindza Tısbağalar və kapitan Cekin macəraları" tamaşasının rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada aktyorlar Mətləb Abdullayev , İlahə Həsənova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnur Qədirov və Elçin Hacıyev , Vüsal Mustafayev və İmran Qurbanov, Əlvida Cəfərov, Xədicə Novruzlu, Fəridə Şahbazova, Rüstəm Rüstəmov, Ziya Ağayev, Vüsal Məmmədov, Mehriban Xanlarova, Əminə Cəfərova və Ləman Fərmanlı iştirak ediblər.

Bayram şənliklərində iştirak edən teatrın azyaşlı tamaşaçılara səhnə əsərinə baxandan sonra  müxtəlif hədiyyələr də təqdim olunub.

ŞAHANƏ

 





08.01.2019    çap et  çap et