525.Az

Tramp və Makron ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə etdilər


 

Tramp və Makron ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə etdilər<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Ağ Evin bəyanatına istinadən xəbər verir.

Ağ Evin məlumatında deyilir: "İki ölkə lideri İŞİD terror qruplaşmasının məhv edilməsinə ümumi sadiqliyi təsdiq edərək Suriyadakı vəziyyəti və ABŞ qoşunlarının Suriyadan qətiyyətli, məqsədyönlü və əlaqələndirilmiş çıxarılması planını müzakirə ediblər".

Məlumata əsasən, tərəflər həmçinin vurğulayıblar ki, Suriyada kimyəvi silahdan istənilən yeni istifadə yolverilməzdir.

 





08.01.2019    çap et  çap et