525.Az

Rusiyanın Xalq artisti Bakıda konsert verəcək


 

Rusiyanın Xalq artisti Bakıda konsert verəcək<b style="color:red"></b>

Aprelin 8-də dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Trend-in məlumatına görə, ifaçı konsertdə öz repertuarında olan əsərlərlə yanaşı, dünya bəstəkarlarının da yaradıcılığına müraciət edəcək.

Denis Matsuyevın sürətli yüksəlişi 1998-ci ildə Moskvada P.İ.Çaykovski adına beynəlxalq müsabiqədəki qələbədən sonra başlayıb. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.

Biletləri şəhərin kassalarından, bütün “ASAN xidmət” və onlayn iticket.az-dan əldə etmək olar.

 





09.01.2019    çap et  çap et