525.Az

Prezident İlham Əliyev Cəlilabaddadır


 

Prezident İlham Əliyev Cəlilabaddadır<b style="color:red"></b> Prezident İlham Əliyev sentyabrın 4-də Cəlilabad rayonuna səfər edib.

525. az-ın məlumatına görə, prezident əvvəlcə Cəlilalbad şəhərinin mərkəzindəki parkda Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılıb.
 
İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunub. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınıb.
Parkın ətrafında yerləşən bütün binalar təmir edilib.
 
Prezident Cəlilabadda “Fidan” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
 





04.09.2013    çap et  çap et