525.Az

İsmayıllıda dəhşətli qəza: ölənlər var


 

İsmayıllıda dəhşətli qəza:<b style="color:red"> ölənlər var</b> “Kamaz”la toqquşan minik maşınının sürücüsü və sərnişini ölüb
 
 
İsmayıllı rayonu ərazisində “Tavriya” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
 

525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində deformasiyaya uğramış minik avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Səfərov  Müzəffər  Eyvaz  oğlu və sərnişin 1976-cı il təvəlludlu Musayev Mövlud Muxtar oğlunun sıxılmış meyitləri yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alət və avadanlıqlardan istifadə olunmaqla çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
 
Əməliyyat saat 11:20-də başa çatıb.
 





04.09.2013    çap et  çap et