525.Az

"İstedadlı gənclərin estrada - vokal müsabiqəsi"nə start verildi


 

"İstedadlı gənclərin estrada - vokal müsabiqəsi"nə start verildi <b style="color:red"></b>

Azərbaycan Respublikası Gənclər Fondu, Milli Konservatoriya və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "İstedadlı gənclərin estrada - vokal müsabiqəsi"nə start verilib.

Konservatoriyadan bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd, ali (orta) musiqi təhsili olmayan, lakin səs-vokal imkanlarına sahib tələbə gəncləri aşkarlamaq və onlara müsabiqə vasitəsilə dəstək olmaqdır.

Qeyd olunduğu kimi, müsabiqəyə yalnız - tədrisində musiqi ixtisası olmayan ali məktəblərin tələbələri qatıla bilər. İştirakçı olmaq istəyən hər bir şəxs öncə qeydiyyatdan keçməlidir. Müsabiqədə iştirak etmək istəyənlər yanvarın 25-dək qeydiyyatdan keçməlidirlər.

 





09.01.2019    çap et  çap et